Cümə axşamı Rusiya hökuməti “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair sazişin ratifikasiyası haqqında” qanun layihəsinə baxacaq.
Hökuməıtin mətbuat xidmətindən verilən məlumata görə, saziş 29 sentyabr 2014-cü il tarixində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri arasında Həştərxanda imzalanıb.
Qanun layihəsi 26 sentyabr tarixində Rusiya hökumətinin qanun layihəsinin fəaliyyətinə dair komissiyanın iclasında baxılaraq təsdiq edilib. **