Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Bolqarıstanın kiçik və orta müəssisələrin təşviqi agentliyi (BSMEPA) arasında Anlaşma Memorandumu imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, Memorandum cümə axşamı keçirilən Azərbaycan-Bolqaristan biznes-forumu çərçivəsində imzalanıb.
Öz növbəsində, AZPROMO və Sofiya şəhərinin Ticarət-Sənaye Palatası arasında analoji sənəd imzalanıb.
Azərbaycan Ticarət-Sənaye Palatası və Sofiya şəhərinin Ticarət-Sənaye Palatası arasında DAHA BİR Anlaşma Memorandumi imzalanıb. **
A.Axundov