Azərbaycan Beynəlxalq Bankı sindikatlaşdırılmış kredit cəlb etməyi planlaşdırır. Bu barədə bankdan məlumat verilib.
“ABB-nin nümayəndələri Cenevrə şəhərində keçirilən SİBOS 2016 beynəlxalq sərgi-konfransı çərçivəsində sindikatlaşmış əqdin həyata keçirilməsi iləbağlı maliyyə təşkilatları ilə müzakirlər aparıblar. Danışıqlarda iştirak edən 20-dən çox xarici maliyyə institutu belə bir sazişə qoşulmaq niyyətini təsdiqləyib”, - deyə məlumatda deyilir.
Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.
Cəlb olunan vəsait bankın cari öhdəliklərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
ABB-nin qiymətləndirmələrinə görə, əldə olunan ilkin razılaşmalar “bankın xarici maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək”.
Ənənəvi SİBOS sərgi-konfransı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə 1978-ci ildən keçirilir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. **
A.Əzizov