2017-ci ildəPSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 475 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-ci ilə olan proqnozdan 28,4% çoxdur.
“2017-ci ildəPSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 475 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-ci ilə olan proqnozdan 105 mln. manat çoxdur”, - deyə Maliyyə Nazilriyinin saytında dərc olunan büdcə materiallarında qeyd edilir.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb.
2015-ci ildəPSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 680,4 mln. manat məbləğində mənfəət vergisi ödəyiblər. **
A.Əzizov