2016-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu $7,6 mlrd. təşkil edir. Bu barədə Maliyyə Nazirliyinin saytında dərc olunan büdcə materiallarında qeyd edilir.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu $6,9 mlrd. təşkil edib. Beləliklə, 2016-cı ilin birinci yarısında respublikanın xarici borcu 10,1% artıb.
Nazirliyin məlumatına görə, 2015-ci ili iyulun 1-nə Azərbaycanın xarici borcu ÜDM-in 20%-ni təşkil edir.
Adambaşına xarici borc $782,6-ə bərabərdir.
Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın xarici borcunun 53,2%-ni 10 il müddətinə götürülmüş kreditər, 41,2%-ni 10-20 il müddətinə götürülmüş kreditlər, 5,5%-ni 20 ildən yuxarı müddətə cəlb edilmiş kreditlər təşkil edir. **
A.Əzizov