ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın ikinci yarısında regiona səfər edəcəklər. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bəyan edib.
“Oktyabrın ikinci yarısında həmsədrlərin regiona səfəri planlaşdırılır”, - deyə E.Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, təkliflərdən asılı olaraq, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün tarixi və yeri müəyyən oluna bilər. **
R.Babayev