Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi istiqamətində fəaliyyəti davam etdirəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz bundan sonra da mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi naminə çalışmağa hazırıq. Azərbaycan hər zaman sülh və əməldaşlıq ərzisi olub, biz də bu ənənəni davam etdiririk”, - deyə İ.Əliyev cümə axşamı V Bakı Beynəlxalq Humanitar Forumunda bəyan edib.
O qeyd edib ki, Azərbaycanda dini,milli zəmindəheç vaxtmünaqişə olmayıb.
Onun sözlərinə görə, Azərbaycanda yürüdülən siyasətin əsasını multikulturalizm təşkil edir.
“Əfsuslar olsun ki, dünyanın müxtəlif regionlarında multikulturalizmə müxtəlif yanaşma var. Bəziləri düşünürlər ki, bu anlayış öz aktuallığı itirib. Digərləri hesab edirlər ki, multikulturalizmi qiymətlənmdirməyə dəyməz. Lakin bu düzgün deyil. Hesab edirəm ki, multikulturalizmə alternativi ksenofobiya və ayrlıseçkilik təşkil edir. Tarixdən məlumdur ki, onlar fəaciələrə yol açıb. Buna görə dünya multikulturalizm dəyərləri ətrafında birləşməlidir”, - deyə dövlət başçısı vurğulayıb. **
R.Babayev