Azərbaycan və Rusiya arasında yeni nəsil taktiki raketlərin birgə istahsalı haqqında Memorandum imzalanıb. Bu barədə “AzeriDefence” hərbi jurnalda məlumat verilir.
Sənədi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyi və Rusiyanın“Taktiki Raket Silahları” Korporasiyasının nümayəndələri imzalayıblar.
Memorandum Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq Müdafiəsərgisi
“ADEX 2016” çərçivəsində imzalanıb.
Nəşr qeyd edir ki, tərəflər “hava-hava” və “hava-yer” tipli yeni nəsil taktiki raketləri birgə istehsal etmək niyyətindədirlər. **
F.İsazadə