2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 6,9% - $35,9 mlrd.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilir.
“Sentyabrın əvvəlinə ARDNF-nin aktivləri ilin əvvəlindən 6,9% artaraq $35,9 mlrd. təşkil edib”, - deyə nazirlikdən qeyd ediblər.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir.**
N.Abbasova