Maliyyə Nazirliyi 2020-ci ildən etibarən dövlət büdcəsinin cari xərclərini qeyri-neft gəlirləri hesabına ödəməyi məqsəd qoyur.
“2017-ci və gələcək üç il üçün büdcə proqnozlarına əsasən, dövlət büdcəsinin cari xərclərini qeyri-neft gəlirləri hesabına ödəməyi qarşımıza məqsəd qoyuruq”, - deyə nazirliyin s aytında dərc olunan büdcə materiallarında deyilir.
Nazirliyin qiymətləndirmələrinə əsasən, 2017-2018-ci illərdə Azərbaycanda dövlət büdcəsinin kəsiri tədricən azalacaq. “2019-cu ilə dövlət büdcəsinin profisiti proqnozlaşdırılır”, - deyə materiallarda vurğulanır.
Proqnozlara əsasən, 2020-ci ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri (ARDNF-nin gəlirləri nəzərə alınmadan) ÜDM-in 6,9%-dək azalacaq. **
A.Əzizov