Pakistan qısa müddətdə Azərbaycan Hərbi Hava Qüvvələrini JF-17 “Thunder” qırıcıları ilə təmin etməyə hazırdır. Bu barədə akistan Aeronauutical Complex (PAC Kamra) sədri, Hava Qüvvələri marşalı Ərşad Malik bildirib.
“Biz Azərbaycan Hərbi Hava Qüvvələri ilə sıx əməkdaşlıq edirik. Azərbaycan Hərbi Hava Qüvvələrini qısa müddətdə döyüş və təlim təyyarələri ilə təchiz edə bilərik. JF-17 “Thunder” döyüş təyyarələrinin Azərbaycana çatdırılmasında heç bir problem yoxdur”, - deyə Ə.Malik “AzeriDefence” hərbi jurnala bildirib.
Ə.Malik qeyd edib ki, JF-17 təyyarələrində həm NATO, həm rus, həəm də digər ölkələrin istehsal etdikləri sursatlar istifadə eləmək mümkündür.
Marşal həmçinin İslamabadın özündə olan ən müasir texnologiiyaları Bakı ilə paylaşmağa hazır olduğunu bəyan edib. “Pakistan Azərbaycan Silahlı Qüvvələrinin təchizatının ən yüksək səviyyədə qurulmasında iştiraka və özündə olan ən müasir texnologiyaları Azərbaycanla paylaşmağa hazırdır”, - deyə o vurğulayıb. **
F.İsazadə