Maliyyə Nazirliyi 2017-ci ilə dövlət büdcəsinin layihəsində təqdim olunan dövlət zəmanətləri üzrə limiti 10 mlrd. manat səviyyəsində nəzərdə tutub.
Nazirlik ilk dəfə dövlət büdcəsi layihəsində dövlət zəmanətləri üzrə limitin tətbiqini nəzərdə tutur.
2017-ci ilə dövlət büdcəsi layihəsində dövlət zəmanətləri üzrə limitin yuxarı həddi 10 mlrd. manat səviyyəsində nəzərdə tutulub”, - deyə nazirliyin saytında dərc olunan materiallarda qeyd edilir.
Bundan başqa, 2017-ci ilə daxili alınmaların limiti 1 mlrd. manat (2016-cı ilə - 3,5 mlrd. manat), xarici alınmaların limiti 0,5 mlrd. manat (2016-cı ilə - 5 mlrd. manat) səviyyəsində nəzərdə tutulur. **
A.Əzizov