2016-cı ildə bağlanan 9 bankın əmanətçilərinə ümumilikdə 261,402 mln. manatdan artıq ümumi məbləğdə kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan(ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 119,878 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925,721 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçilərinə 49,004 mln. manat, “Parabank” ASC-nin əmanətçilərinə 32,57 mln. manat, “Kredobank” ASC-nin əmanətçilərinə 17,181 mln. manat, “Dekabank” ASC-nin əmanətçilərinə 2,772 mln. manatdan artıq kompensasiya ödənilib.
“Atrabank” ASC-nin əmanətçilərinə 13,282 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,699 mln. manat kompensasiya ödənilib.**
A.Əzizov