“Meqa Sığorta” şirkəti regionlarda filial şəbəkəsini genişləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Quba şəhərində şirkətin “Şimal” filialı açılıb. Burada Quba, Qusar, Xaşmaz və Xudat şəhərlərində yaşayan hüquqi və fiziki şəxslərə xidmət göstəriləcək”, - deyə şirkətdən qeyd ediblər.
“Meqa Sığorta” şirkəti 2010-cu il oktyabrın 1-dən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Səhmdarları bir neçə fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 14,5 mln. manata bərabərdir. **
A.Əzizov