Cümə günü Milli Məclisin payız sessiyası öz işinə başlayıb.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, parlamentin payız sessiyasının ilk plenar iclasının gündəliyinə 31 məsələ daxil edilib.
Deputatlar “Meliorasiya və irriqasiya haqqında”, “Mədəniyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Poçt haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar haqqında”, “Aviasiya haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Yol hərəkəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında” qanunlara düzəlişlərin daxil edilməsinə dair qanun layihələrini müxzakirə edəcəklər.
Həmçinin gündəliyə Vergi, Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllələrə və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin daxil olunması, Türkiyə, Fələstin, İsveç və Malta ilə bir sıra ikitrəfli sənədlərin təsdiqi ilə bağlı məsələlər daxildir.
Deputatlar parlamentin payız sessiyasında qanunvericilik işləri ilə baölı planı təsdiq edəcəklər. **
R.Babayev