Referendumun nəticələri prezident İlham Əliyevin yürütdüyü siyasətin Azərbaycan xalqı tərəfindən güclü şəkildə dəstəkləndiyini göstərir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bəyan edib.
«Bu günlərdə ölkəmizdə mühüm tarixi hadisə baş verib. Azərbaycan xalqı referendumda ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı referendumda öz iradəsini bildirib”, - deyə sədr bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında qeyd edib.
Onun sözlərinə görə, referendum beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdiyi kimi, demokratik və şəffaf mühitdə keçib.*
R.Babayev