İrəvan Azərbaycan ərazilərinin davam edən işğalına haqq qazandırmaq məqsədilə ciddi cəhdlə Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
“Ermənistan Azərbaycan barəsində yürütdüyü təcavüz siyasətinə haqq qazandırmaq üçün fəal olaraq dini amilə diqqəti yönəldir”, - deyə O.Əsədov cümə günü parlamentin plenar iclasda vurğulayıb.
“AŞPA üzv-ölkələrin parlament sədrlərinin konfransında çıxışımda bildirdim ki, Azərbaycan tolerantlığı ilə məşhurdur. Biz Qarabağ münaqişəsini dini don geyiondirməyə çalışan qüvvələrlə mübarizə aparmalıyıq”, - deyə O.Əsədov qeyd edib.
R.Babayev