Sentyabrın 29-da Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 59 cinayət faktı qeydə alınıb, onların 23-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 14 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev