“Nikoil” İnvestisiya-Kommersiya Bankının səhmləri Bakı Fond Birjasının (BFB) listinqinə daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birladan məlumat verilib.
“Sentyabrın 30-dan etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə “Nikoil” İKB-nin səhləri bazarın alternativ seqmentində listinqə daxil edilib”, - deyə birjadan qeyd ediblər.
Bank bir qiymətli kağız üçün nominal dəyəri 2 manat olan 30 mln. səhmin emissiyasını həyata keçirib.
Xəbər verildiyi kimi, sentyabrda növbədənkənar iclasda səhmdarlar nizamnamə kapitalının 60 mln. manat - 94,5 mln. manatadək artırılmasına dair qərar qəbul ediblər. **
A.Axundov