Paris Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşünü təşkil etməyə hazırdır. Bu barədə Fransanın Bakıdakı səfiri Aureliya Buşes cümə günü bəyan edib.
“Fransa öz mövqeyini bildirdi... Biz Azərbaycan və Fransa prezidentlərini qəbul edə bilərik. Düzdür, görüşün tarixi dəqiqləşdirilməyib”, - deyə A.Buşes “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, cari ilin sonuna kimi Azərbaycan və Fransa tərəflərinin yüksək səviyyəli görüşləri planlaşdırılır. Hazırda görüşlərin tarixlərinin razılaşdırılması prosesi gedir.
Diplomat qeyd edib ki, bu cür yüksək səviyyədə görüşlər sistemli şəkildə keçirilir. “Misal üçün, bu yaxınlarda iki ölkə prezidentləri Varşavada görüşüblər”, - deyə o əlavə edib. **
F.İsazadə