Azərbaycan hökuməti 2017-ci ildə "Aqrolizinq" ASC-yə 32 mln. manat ayırmağı planlaşdırır ki, bu da 2016-cı ildə ayrılmış məbləğə uyğundur, Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
""Aqrolizinq" bu vəsaitləri kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə edilməsi ilə bağlı əməliyyatların genişləndirilməsi və digər tədbirlərin keçirilməsi üçün alacaq", - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsi üçün verilən güzəşt və yardımları 2017-ci ilin dövlət büdcəsində 82 mln. manat məbləğində nəzərdə tutub.
"Yeni kənd təsərrüfatı texnikası və texnologiyalarının alınması ilə bağlı xərclərə gələn ilin dövlət büdcəsində 268 mln. manat vəsait nəzərdə tutulub", - deyə məlumatda bildirilir.*
A.Axundov