Azərbaycanın dini liderləri Roma Papası Fransiskin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirlərini həssaslıqla qarşıladılar. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bəyan edib.
“Roma Papasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsləndirdiyi fikirlər ölkəmizdə həssaslıq və ehtiramla qarşılandı”, - deyə A.Paşazadə Roma Papası Fransiskin Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşündə bildirdi.
“Münaqişənin sülh yolu həlli ilə bağlı dəfələrlə Ermənistanın dini lideri ilə görüşmüşük. Birlikdə bəyan etmişik ki, bu münaqişə dini münaqişə səciyyəsi daşımır”, - deyə QMİ sədri qeyd edib.
Şeyxülislam Müqəddəs Taxt-Taclagörüşdə Azərbaycanda yaşayan bütün konfessiyaların nümayəndələrinin iştirak etdiyini bildirdi.
“Bu, bizim reallıq, həyat tərzimizdir. Dini müxtəliflik Azərbaycan dövlətinin milli sərvətidir”, - deyə A.Paşazadə vurğulayıb.
O qeyd edib ki, “dünya katoliklərinin liderinin fəaliyyəti Azərbaycanda böyük diqqətlə qarşılanır”.
“Hazırda dünyanı narahat edən problemlərə, terrorun əsl səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazınız, ksenofobiya hallarına qarşı qətiyyətli çıxışlarınız böyük önəm kəsb edir”, - deyə A.Paşazadə bildirib.
QMİ sədri deyib ki, Azərbaycan dini mədəniyət abidələrin, müqəddəs kitabların, din atributların hər hansı formada aşağılanmasının əleyhinədir
"Təcavüz, terror və digər ekstremist əməllər nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların tezliklər öz torpaqrına qayıtması üçün dualar edir, bu kimi bəlalara düçar olan insanlara münasibətdə ədalətli və mərhəmətli olmağa çağırırıq”, - deyə o bəyan edib. **
F.İsazadə