Nazirlər Kabineti Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edib.
Digər qərara əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.
MMC-nin hər birinin ştat sayı 20 vahid müəyyən edilib.
Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinə “Sumqayıt Nəqliyyat” MMC və “Gəncə Nəqliyyat” MMC-nin Nizamnamələrinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi və Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərinə bu qərarlardan irəli gələn məsələləri həll etmək tapşırılıb. **
R.Babayev