İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətlərinin 2016-cı ilin sentyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişləri 50% - 2 mln. 805?542 manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İSB-dan məlumat verilib.
“Sentyabrda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 2,475 min hadisə üzrə həyata keçirilib”, - deyə Bürodan məlumat verilir.
Ötən ay avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 2,352 min sığorta tələbi üzrə 2 mln. 615,493 min manat, əmlaka dəyən zərərə görə 39,299 min manat (37 tələb), sağlamlığa dəyən zərərə görə 75,75 min manat (71 tələb), ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinə görə 75 min manat (15 tələb) məbləğində ödəniş həyata keçirilib.
Hesabat ayında AVSMMİS üzrə sığorta ödənişlərinin orta məbləği 1,112 min manat təşkil edib. **
A.Axundov