Ötən həftə Tacikistanın Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini polkovnik Odilbek Nosirovun Bakıya rəsmi səfəri çərçivəsində bu ölkə ilə Azərbaycan Dövlət Sərhəd Xidməti arasında əməkdaşlıq perspektivlərini müzakirə edilib.
“Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi”layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili üzrə tədbirlərin həyata keçirilməsidir”, - deyə DSX-nin mətbuat xidmətindən məlumat verilir.
Görüşdə Azərbaycanın sərhəd mühafizə sisteminə və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə dair təqdimatlar keçirilib, qeyri-leqal miqrasiya və digər qanunsuz fəaliyyətlərlə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.
“O.Nosirov səfər müddətində Azərbaycanın cənub sərhədlərinə səfər edib, mövcud vəziyyətlə, narkotiklərin qanunsuz daşınmasının qarşısının alınmasında istifadə olunan texniki avadanlıq və xüsusi texniki vasitələrlə, bu sahədə işin xüsusiyyətləri və üsulları ilə tanış olub”, - deyə məlumatda deyilir. **
R.Babayev