Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 3-də keçirilən növbəti depozit hərracında 71 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank bu hərracda 71 mln. manat manat məbləğində vəsait cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,5% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 14 hərracda bank 1 ay müddətinə 641 mln. manat cəlb edib.*
A.Əzizov