İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 145 cinayət faktı qeydə alınıb, onların 41-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 96 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.*
R.Babayev