İran prezidenti Həsən Ruhani Bakını əldə olunan razılaşmalara əsasən əlaqələrin genişləndirilməsinə çağırır. Bu barədə İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bəyan edib.
“Prezident Həsən Ruhani qeyd etdi ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. Cənab Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi”, - deyə Əbdülrza Rəhmani Fəzli bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə vurğulayıb.
Nazir son illər iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğuladı.
İ.Əliyev Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
İki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlət başçısı xüsusilə Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi. **
F.İsazadə