Bakı müxtəlif sahələrdə Riqa ilə sıx münasibətlərdə maraqlıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Latviya Seyminin sədri İnara Murniets ilə görüşdə bəyan edib.
“İ.Əliyev Azərbaycanın və Latviyanın parlament nümayəndələrinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlığını qeyd edib. Prezident iki ölkə arasında bütün sahələrdə yaxın münasibətlərin olmasının vacibliyini vurğuladı”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə həmsöhbətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları müzakirə olundu. **
R.Babayev