Azərbaycana bir sıra kənd təsərrüfatı və tikinti məhsullarının idxalına gömrük rüsumlarının yeni dərəcələri qeyri-neft sektorunun inkişafını sürətləndirəcək. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edib.
“DGK bu qərarın təşəbbüskarlarından biridir. Hazırda ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Gömrük rüsumlarının dərəcələrinin artırılması yerli istehsalın inkişafı, ölkədə istehsalat müəssisələrinin sayı və istehsal olunan məhsulların çeşidinin artımına səbəb olacaq”, - deyə A.Əliyev qeyd edib.
Bununla belə, DGK sədri bildirib ki, quş yumurtası və quş ətinin idxalına gömrük rüsumu dərəcəsinin artımı bu məhsullarln yerli istehsal həcminin artırılmasına yönəlib.
“ASK və qida sənayesi sahəsində istehlakçıların hər biri ölkədə istehsal olounan təzə məhsula üstünlük verir. Dempinq qiymətləri ilə respublikaya idxal olunan məhsullar yerli istehsal olan məhsullarla rəqabət aparacaq. Bundan başqa, hökumətin qərarı iloə Azərbaycanda bu npv məhsulların istehsalına böyük əhəmiyyət verəcək”, - deyə o qeyd edib.
A.Əliyev həmçinin məlumat verib ki, DGK Azərbaycana dəri xammalının idxalına gömrük rüsumlarına yüksək dərəcələri müəyyən etmək təklifi ilə çıxış edib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda dəri istehsalı üzrə müasir müəssisələr yaradılacaq. “Ümid edirik ki, bu qərar yaxın günlərdə qəbul ediləcək”, - deyə o vurğulayıb. **
N.Abbasova