Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nıntəsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, müvafiq sərəncam oktyabrın 3-də imzalanıb.
Sərəncama əsasən Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq dövlət başçısına məlumat verməlidir.*
A.Əzizov