2016-cı ilin yanvar-sentyabr aylarında “Standard Insurance” şirkətinin sığorta haqları 17 mln. 317,718 min manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“2016-cı ilin 9 ayı ərzində şirkıtin haqları 17 mln. 317,718 min manat təşkil edib və ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,6% artıb”, - deyə şirkətdən qeyd ediblər.
Cari ilin yanvar-sentyabr aylarında şirkət 4 mln. 650,326 min manatı sığorta hallarınən ödənişinə yönəldib.
“Sentyabr ayında inkişaf strategiyası çərçivəsində şirkət Xaçmaz şəhərində və Ağcabədi rayonunda iki satı ofisi açıb”, - deyə şirkətdən qeyd ediblər.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Şirkətin səhmdarı bir hüquqi şəxsdir, nizamnamə kapitalı 11 mln. manata bərabərdir. Sığorta haqlarının yığım və ödənişlərin həcminə görə “Standard Insurance” Azərbaycanın 10 aparıcı sığorta şirkətindən biridir. **
A.Əzizov