Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu il lisenziyaları ləğv olunmuş “Parabank” ASC, “Dekabank” ASC və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi prosesini tamamlamaq üzrədir.
““Parabank”, “Dekabank” və "Qafqaz İnkişaf Bankı"nın qorunan əmanətçilərinin böyük əksəriyyətinə artıq kompensasiya ödənilib və bu proses başa çatmaq üzrədir”, - deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında qeyd olunur.
Bu bankların qorunan əmanətçilərinə ümumilikdə 37 mln. 152,938 min manat, o cümlədən “Parabank” ASC-nin əmanətçilərinə 32 mln. 675,532 min manat, “Dekabank” ASC-nin əmanətçilərinə 2 mln. 772,35 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1 mln. 705,056 min manat kompensasiya ödənilib.
"Yaxın zamanlarda sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur", - deyə məlumatda bildirilir.*
A.Əzizov