Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu 1 iyun 2015-ci ildən etibarən 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
“1 iyun 2015-ci il – 30 sentyabr 2016-cı il tarixlərində ümumilikdə 197,554 min nəfər, həmçinin sentyabr ayı ərzində nigaha daxil olmaq istəyən 10,99 min nəfər tibbi müayinədən keçib”, - deyə məlumatda deyilir.
Müayinədən keçmiş 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.
“Bundan başqa, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar edilib”, - deyə nazirlikdən bildiriblər.
Məlumatda vurğulanır ki, müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. **
R.Babayev