Oktyabrın 3-də Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin gün 74 cinayət faktı qeydə alınıb, onların 16-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 27 nəfər, eləcə də axtarışda olan 15 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.*
F.İsazadə