Oktyabrın 10-da Rusiya prezidenti İstanbula səfər edəcək, burada dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla ikitərəfli danışıqlar aparacaq və Ümumdünya Enerji konqresində çıxış edəcək.
“Səfər oktyabrın 10-da baş tutacaq. Prezident Ümumdünya Enerji konqresində çıxış edəcək və ikitərəfli görüş keçirəcək”, - deyə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. **