SOCAR bölmələrinin yenidən strukturlaşdırılması prosesi çərçivəsində Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb. Bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadovun KİV-lərə göndərdiyi məktubda deyilir.
“Yenidən strukturlaşdırılma prosesi ilə əlaqədar şirkətin Vyanadakı rəsmi nümayəndəliyi artıq fəaliyyət göstərmir”, - deyə məktubda bildirilir.
SOCAR xərclərin azaldılması məqsədilə 2016-cı ildə xarici ölkələrdəki nümayəndəliklərini bağlamağa başlayıb.*