Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkəsinin ərazi bütövlüyü məsəsləsində mövqeyinə görə Bakıya minnətdarlığını bildirib. Bu barədə səfir çərşənbə axşamı Ukraynanın müstəqilliyinin 25 illiyi münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bəyan edib.
“Ukrayna Rusiyanın həörbi təcavüzü şəraitində 25 illik müstəqilliyini qeyd edir. Tərəfdaşlarımızın mövqeyinə xüsusi diqqət ayırırıq. Bu şəraitdə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycana, xüsusilə prezident İlham Əliyevə ölkənin Ukraynanın ərazi bütövlüyünə dair mövqeyinə görə minnətdarlığımızı bildiririk”, - deyə A.Mişenko vurğulayıb.
Səfirin sözlərinə görə, Azərbaycan həmçinin təcavüz və ərazi işğalından zərər çəkməyin nə olduğunu yaxşı bilir. **
F.İsazadə