Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) oktyabrın 25-də illik “Doing-Business 2017” hesabatını dərc edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə korporasiyadan məlumat verilib.
Qeyd edək ki, Azərbaycan “Doing Business 2016” hesabatında 189 ölkə arasında 63-cü yeri tutub.
“Doing Business 2016” hesabatında ölkəmiz “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə 67,8 balla qiymətləndirilib.
Bu hesabata əsasən Azərbaycan 2014-cü ilin iyun ayından 2015-ci ilin iyun ayınadək 3 uğurlu islahat həyata keçirib. Bu islahatlar biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların maraqlarının qorunması ilə bağlı olub.*
A.Əzizov