“Nurgun Motors”un rəhbəri Nuru Əliyev 2015-ci ildə “NBC Bank”ın kapitalında payını 45,88%-dən 57,51%-dək artırıb.
Dərc olunan illik maliyyə hesabatına əsasən, ötən iol bankın 8 səhmdarının hər birinin payı dəyişib.
N.Əliyev bankın ən iri sahımdarı olaraq qalır, onun payı 10%-dən çoxdur.
2015-c ildə digər 7 səhmdarın payı azalıb.
Xüsusilə, Surxay Əhmədovun kapitalda payı 8,4%-dək (2014-cü ilin sonuna 10,7% təşkil edib), “Nurgun Group”un - 7,51%-dək (9,56%), Oqtay Rüstəmovun - 6,56%-dək (8,37%), Nüşabə Səfiyevanın 6,4%-dək (8,15%), Cəmilə Rüstəmovanin 6,39%-dək (8,14%), Müşfiq Səfiyevin 3,83%-dək (4,88%) azalıb.
Bundan başqa, “Caspian Insurance Co LTD”-nin payı 4,32%-dən 3,4%-dək azalıb.
“NBC Bank” 1992-ci ildə təsis olunub. **
A.Əzizov