2016-cı il sentyabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,546 min ədəd bankomat quraşdırılıb ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 5,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Sentyabrın 1-nə Bakıda 1,401 min ədəd (azalma 6,7%), regionlarda 1,145 min ədəd bankomat (azalma 3,6%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-avqust aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında artım müşahidə olunub. Xüsusilə sentyabr ayının əvvəlinə onların sayı 70,318 min ədəd (azalma 12,4%) təşkil edib. Həmçinin, cari ilin avqust ayında banklar ticarət və xidmət obyektlərindən 174 pos-terminal yığışdırılıb.
Bununla yanaşı, Bakıda 39,431 min ədəd (azalma 19,4%), regionlarda 30,887 min ədəd (azalma 1,5%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 69,347 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,6%-i quraşdırılıb. **
A.Axundov