Bakı Tehranla münasibətlərin möhkəmləndirilməsində və inkişafında maraqlıdır. Bu sözləri prezident İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşdə deyib.
"Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı əlaqələrimizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib”, - deyə dövlət başçısı qeyd edib.
Səfirin etimadnaməsini qəbul edən İ.Əliyev ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.*
R.Babayev