Azərbaycanın əmək və sosial müdafiə nazirinin müavini Natiq Məmmədov oktyabrın 10-da Truskavetsə səfər edəcək. Bu barədə Truskavetsin meri Andrey Kulçinski məlumat verib.
“Azərbaycanın əmək və sosial müdafiə nazirinin müavininin rəhbərliyi ilə nümayəöndə heyəti Truskavetsə səfər edəcək”, - deyə A.Kulçinski “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, N.Məmmədovun səfəri zamanı Çernobil faciəsində zərər çəkən şəxlər, Əfqanıstanda qulluq edən hərbçilər və Qarabağ veteranlarının Ukraynanın kurort şəhərinin sanatoriyalarında müalicə məsələlərini müzakirə edəcək.
Mer əlavə edib ki, son il ərzində Truskavetsə səfər edən turistlərin sayı iki dəfə artıb. “Əvvəlki kimi, azərbaycanlılar turistlər arasında lider mövqeyini qoruyurlar”, - deyə o qeyd edib. **
F.İsazadə