Azərbaycan Buxarest ilə müxtəlif formatlarda strateji tərəfdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə prezident İlham Əliyev Rumıniyanın yeni səfiri Dan İanku ilə görüşdə bəyan edib.
“Azərbaycan ilə Rumıniya strateji tərəfdaşdır. Ölkəmizin Buxarest ilə əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlıdır”, - deyə dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
D.İanku həmçinin Bakı ilə Buxarest arasında əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.
O, “Azərbaycanda müxtəlif xalq və din nümayəndələrinə tolerant münasibətin dərin tarixi köklərinin” olduğunu qeyd edib.
Görüş zamanı səfir etimadnaməsiniprezident İlham Əliyevə təqdim edib. **
R.Babayev