Azərbaycan və Gürcüstan nümayəndələri Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsi ilə bağlı iki ölkənin gömrük orqanlarının hazırlıq məsələlərini müzakirə ediblər. Bu barədə Dövlət Gömrük Komıtəsinin mətbuat xidmətindən məlumat verilib.
Gürcüstan tərəfinin dəvəti ilə bu ölkənin Maliyyə Nazirliyindətəşkil olunan görüşdə Azərbaycan Dövlət Gömrük Komıtəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstanın maliyyə naziri Nodar Xaduri, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Vladimer Xundadze iştirak ediblər.
“Görüşdə əsas məqsədBakı-Tbilisi-Qarsdəmir yolu xəttinin inşasıvə yaxın müddət ərzində istifadəyə veriləcəyi nəzərə alınaraq, gömrük orqanlarının üzərinə düşən məsələlərin həlli, gömrük qaydalarının qarşılıqlı şəkildə müəyyən edilməsi, qatarların və heyətinrəsmiləşdirilməsi üzrəlazım olan tədbirlərin əvvəlcədən planlaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi anına qədərhazırlıq işlərinin tamamlanması olub”, - deyə məlumatda deyilir.
Eyni zamanda, görüşdə Azərbaycan və Gürcüstan arasındakı keçid məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi, nəzərdə tutulan yeni infrastrukturun (Sadıxlı-Mtkvari gömrük postunun yaxınlığında avtomobil və sərnişinlərin keçidi üzrə yeni sərhəd-gömrük buraxılış məntəqəsi) yaradılması işinintəşkili barədə müzakirələr aparılıb.
Həmçinin, tərəflər iki ölkənin gömrük xidmətləri arasındaməlumat mübadiləsi üzrə əldə olunmuş razılaşmaəsasında işlərin texnikicəhətdən davam etdirilməsivə zəruri təşkilati işin tamamlanması, eləcə də iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri zamanıfitosanitar və digər sertifikatlarınmübadiləsi və bu mübadilənin elektron qaydada aparılması məsələləri üzrə işçi görüşlərintəşkilini müzakirə ediblər. **
N.Abbasova