2016-cı ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 4 mlrd. 926 mln. 185 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə nazirliyin xətti ilə vergi və rüsum köçürmələri 5 mlrd. 94 mln. 201,4 min manat təşkil edib. Beləliklə, nazirlik 9 ay ərzində dövlət büdcəsinə köçürmələr üzrə planı 3,3% azaldıb.
9 ay ərzində Vergilər Nazirliyi vergi köçürmələri üzrə planı 100,2% yerinə yetirib.
Bununla belə, SOCAR şirkətinin büdcə qarşısındakı vergi öhdəlikləri 100,6 %, Hasilatın Pay Bölgüsü üzrə (PSA) proqnoz tapşırığı 82% icra olunub.
Nazilriyin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft-qaz sektorunun xətti ilə vergi daxilolmaları 3 mlrd. 843 mln. 651,9 min manat (2015-ci ilin analoji dövrü ilə müqayisədə artım 10,5%) təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə plana 101,7% icra olunub. Bütövlükdə, hesabat dövründə qeyri-neft-qaz sektoru nazirliyin xətti ilə dövlət büdcəsinə bütün daxilolmalrın 78%-ni təmin edib. **
A.Əzizov