Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) Vaşinqtonda keçiriləcək illik iclasında iştirak edəcək. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
"6-9 oktyabr tarixlərində Vaşinqtonda BVF və DB-nin illik iclası keçiriləcək. Tədbirdə Azərbaycan nümayəndə heyətinə maliyyə naziri Samir Şərifov başçılıq edəcək", - deyə məlumatda bildirilir.
İclasda dünya iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının effektivliyi ilə bağlı tədbirlər, eləcə də digər məsələlər müzakirə olunacaq.*
A.Əzizov