İslam İnkişaf Bakının Qrupu Azərbaycanın mikromaliyyə bazarını öyrənir. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva“Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək” adlı VIII Azərbaycan mikromaliyyə konfransında bəyan edib.
“Yeni investorlar Azərbaycanın mikromaliyyə bazarı ilə maraqlanmaqda davam edirlər. İİB-nın Qrupu bazarda araşdırmalar aparır. Bundan başqa, postsovet məkanından olan sahibkarlar Azərbaycanda yeni biznes-modellərin titbiqi ilə maraqlanırlar”, - deyə o bildirib.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşovun sözlərinə görə, Azərbaycanda mikromaliyyələşdimə portfeli $485,161 mln. təşkil edir.
“AMFA-ya 21 BOKT, 10 bank, o cümlədən çlizinq şikətləri daxildir. Mikromaliyyə xidməti 370 mindən artıq müştəriyə göstərilir. Yalnız BOKT-nın portfeli 207-210 mln. manat təşkil edir”, - deyə S.Kələşov bəyan edib.
Onun sözlərinə görə, maliyyə təşkilatları kreditlərin qaytarılmasını təmin etmək məqsədilə kredit siyasəti və strategiyalarını təkrar nəzərdən keçirirlər, xarici valyuta kreditlərini təkrar strukturlaşdırırlar.
Konfransda çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder qeyd edib ki, maliyyə bazarında müşahidə olunan çətinliklərin həlli üçün əhaliyə daha ucuz və innovativ məhsullar təqdim edilməsinə yönələn islahatlara ehtiyac var. “Biz (İsveçrə hökuməti - İF) iki əsas islahata diqqəti yönəltmişik: özəl kredit bürosu və daşınan əmlak reyestrinin yaradılmasına”, - deyə o bildirib. **
A.Axundov