Heydər Əliyev BeynəlxalqHava LimanındaHava Məkanının Optimizasiyası Mərkəzi - "Azerbaijan Airspace Supervision & Efficiency Centre" (ASEC) inşa ediləcək. Bu barədə "AzərbaycanHava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.
Müvafiq sazişi AZAL və Fransanın "Thales" şirkəti imzalayıb.
“Layihə hava hərəkətinə xidmət (ATM) vəhava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində "Eurocontrol" təşkilati ilə birgə əməkdaşlıqda həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Heydər Əliyev BeynəlxalqHava LimanındaHava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən AvropaHava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (CFMU) və Sinqapurda yerləşənHava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasındahava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.
“Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq ölkəmizə bütün regionda hava axınının təşkili işində mühüm rol ayrılır. Öz növbəsində, İCAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.”, - deyə məlumatda bildirilir.*
A.Əzizov