Azərbaycan Silahlı Qüvvələrin hərbi qulluqçusu Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Sahil Məmmədov şəhid olub”, - deyə məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
“Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə nazirlik vurğulayıb. **
F.İsazadə